Türkiyə prezidenti 19 May münasibətilə təbrik etdi

Ərdoğan 19 May - Atatürkü Anma, Gənclər və İdman Günü ilə əlaqədar təbrikində deyib...

1988443
Türkiyə prezidenti 19 May münasibətilə təbrik etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibəti ilə mesaj paylaşıb.

  Türkiyə Milli Mücadiləsinin baş komandanı, cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkün Samsuna gəlişinin 104-cü ildönümündə sevinc və coşğu yaşadıqlarını ifadə edən Ərdoğan 19 May - Atatürkü Anma, Gənclər və İdman Günü ilə əlaqədar təbrikində deyib: “Atatürkün Türkiyə gəncliyinə bəxş etdiyi 19 may 1919-cu il tarixi əcdadların imkansızlıqlar qarşısında böyük inam və inadla müqavimət ruhunu diriltməsinin simvoludur.

  19 May - türk millətinin imperialist güclərə qarşı birlik və həmrəylik içində zülmə boyun əyməyəcəklərini hayqıraraq tarixin indiyə qədər gördüyü ən böyük qəhrəmanlıq dastanlarından birini yazmağa başladığı gündür.

  Əcdadların müstəqillikləri və gələcəkləri üçün göstərdikləri qəhrəmanlıqları gələcək nəsillərə ən parlaq şəkildə çatdırmaq gənclərin başlıca vəzifəsidir.

  Biz bu anlayışla bir əsr əvvəl əcdadlarımızdan aldığımız mübarək yadigarları qoruyur və ölkəmizin gələcəyinin simvolu olan “Türkiyə əsri”ni qururuq.

  Mübarizə əzmimizi, böyük və güclü Türkiyə qurmaq şövqümüzü yaşatmaq üçün gəncliyimizi hər sahədə dəstəkləyir, onlara hər cür imkanlar təqdim edir və fürsətlər veririk.

  Türkiyədə demokratiya və inkişaf nailiyyətlərini həyata keçirərkən biz ən çox gənclərimizə güvənirik.

  Bizi qürurlandıran gənclərimizlə fəxr edirik.

  Ölkəmiz inkişaf etdikcə, böyüdükcə biz gənclərimizə daha çox dəstək olacağıq ki, onlar öz arzularını həyata keçirə bilsinlər.

  “Türkiyə əsri”nə baxışımızı əmanət etdiyimiz gənclərimiz gələcəyimizə inamla baxmağımıza imkan verən son dövlətimiz olan cümhuriyyətimizə güclü dəstək verir. Bu düşüncələrlə 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə bir daha təbrik edir, Qazi Mustafa Kamal Atatürk başda olmaqla Qurtuluş Müharibəsinin bütün qəhrəmanlarını hörmətlə yad edirəm”.



Әlaqәli Xәbәrlәr