Rəcəb Tayyib Ərdoğan ''Taxıl sazişi''nin uzadıldığını açıqlayıb

Prezident Rəcəb Tayyib Ərdoğan ''Taxıl sazişi''nin daha 2 ay uzadıldığını açıqlayıb.

1987806
Rəcəb Tayyib Ərdoğan ''Taxıl sazişi''nin uzadıldığını açıqlayıb

Prezident Rəcəb Tayyib Ərdoğan ''Taxıl sazişi''nin daha 2 ay uzadıldığını açıqlayıb.

Türkiye Prezidenti və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının paytaxt Ankaradakı mərkəzi qərargahında keçirilən toplantıda çıxış edib.

Ərdoğan deyib: "Türkiyenin liderliyi, Rusiya və Ukraynanın konstruktiv münasibətləri və BMT-nin yardımı sayəsində 2022-ci il iyulun 22-də İstanbulda imzalanmış saziş bir neçə dəfə uzadılıb. Sonuncu uzadılma müddəti bitmək üzrə idi. Ölkəmizin səyləri, rus dostlarımızın dəstəyi və ukraynalı dostlarımızın töhfələri ilə ''Taxıl sazişi''nin  daha 2 ay müddətinə uzadılmasına qərar verildi. Qlobal ərzaq tədarükü zəncirlərinin fasiləsiz işləməsi və xüsusilə ehtiyacı olan ölkələrin taxıla çıxışının asanlaşdırılması üçün həyati əhəmiyyət kəsb edən bu qərarın bütün tərəflər üçün faydalı olmasını arzu edirəm. Müqavilənin qarşıdakı dövrdə də davam etməsi üçün səylərimizi davam etdirəcəyik. Bundan başqa rus dostlarımız Mikolayev və Olvia limanlarındakı Türk gəmilərinin çıxışına mane olmayacaqlarını bildirdilər. Bunun üçün onlara minnətdarıq''.



Әlaqәli Xәbәrlәr