Prezident Ərdoğan vətəndaşlara təşəkkür edib

Prezident Rəcəb Tayyib Ərdoğan mayın 14-də rekord fəallıqla seçkidə milli iradəsini ortaya qoyan bütün vətəndaşlara təşəkkür edib.

1987361
Prezident Ərdoğan vətəndaşlara təşəkkür edib

Prezident Rəcəb Tayyib Ərdoğan mayın 14-də rekord fəallıqla seçkidə milli iradəsini ortaya qoyan bütün vətəndaşlara təşəkkür edib.

Prezident Ərdoğan özəl televiziya kanallarından ikisinin birgə yayımında jurnalistlərin suallarını cavablandırıb və gündəmlə bağlı açıqlamalar verib.

Mayın 14-də keçirilən prezident və parlament seçkilərində seçimindən asılı olmayaraq səs verən hər bir vətəndaşa təşəkkürünü bildirən Ərdoğan Türkiyeyə yaraşan böyük bir demokratiya şənliyi yaşadıqlarını və bunun dünyada bəlkə də görünməmiş bir hadisə olduğunu söyləyib.

Millətin göstərdiyi yetkinliyin hər cür təqdirdən üstün olduğunu vurğulayan Ərdoğan deyib:

"90 faizə qədər (seçkidə) fəallıq var. Mən həmçinin seçki prosesində siyasi fəallığın artırılmasında və demokrayinanın qorunmasında əməyi olan bütün siyasi partiyalara, namizədlərə, media orqanlarına, təhlükəsizlik qüvvələri və ədliyyə orqanlarından bütün dövlət qulluqçularına təşəkkür etmək istəyirəm. Bütün seçilmiş millət vəkillərini əvvəlcədən təbrik edirəm və onlara uğurlar arzulayıram”. 

Prezident seçkilərinin ilk turunda xalqın ona böyük rəğbət göstərdiyini vurğulayan Ərdoğan millətin TBMM-dəki çoxluğu Cümhur İttifaqına verdiyini deyib.

“Bizim üçün ən üstün olan seçki qutusunda təzahür edən iradədir” ifadəsini işlədən Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda seçicilərdən böyük fəallıq gözlədiklərini söylədi.

Mayın 14-də keçirilən prezident seçkilərində seçicilərin fəallığı 88,52 faiz, parlament seçkilərində isə 87,40 faiz olub.



Әlaqәli Xәbәrlәr