“Kaldı 82…” S.Soylu

Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə...

1986870
“Kaldı 82…” S.Soylu

 

  Türkiyənin Şırnak rayonunun Bestler Dərələr bölgəsində terrorçu zərərsizləşdirilib.

  Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şırnak Jandarma Bölgə Komandanlığı və Şırnak Rayon Jandarma Komandanlığının idarəsi altında J-SİHA, “Atak” hücum helikopterləri və Hərbi Hava Qüvvələri Komandanlığı Jandarma Xüsusi Hərəkatı (JÖH) qüvvələrinə dəstək verib. Bestler Dereler Aksüt çölündə komando və təhlükəsizlik qüvvələri nöqtə əsaslı əməliyyatda 1 terrorçu silahı ilə birlikdə ələ keçirilib.

  Daxili işlər naziri Süleyman Soylu da sosial media hesabında paylaşım edib: "Kaldı 82... Şırnakın Bestler Dereler Aksüt çölündə J-SİHA, “Atak” hücum helikopterləri və Hərbi Hava Qüvvələri Komandanlığı JÖH jandarma komando və təhlükəsizlik qüvvələrinin dəstəyi ilə həyata keçirilən əməliyyatda 1 terrorçu zərərsizləşdirildi. Cümhuriyyətimizin 100-cü ildönümündə sərhədlərimizdə bir terrorçu da qalmayacaq."



Әlaqәli Xәbәrlәr