Daha 1 terrorçu təslim olub

Həyata keçirilən inandırma səyləri nəticəsində PKK/KCK terror təşkilatından qaçan daha 1 təşkilat üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

1986012
Daha 1 terrorçu təslim olub

Daxili İşlər Nazirliyinin koordinasiyasında Təhlükəsizlik Baş İdarəsi və Jandarma Baş Komandanlığı tərəfindən həyata keçirilən inandırma səyləri nəticəsində PKK/KCK terror təşkilatından qaçan daha 1 təşkilat üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

2013-cü ildə terror təşkilatına qoşulan təşkilat üzvünün Suriya və İraqda fəaliyyət göstərdiyi müəyyən edilib. Bundan əlavə, təslim olan təşkilat üzvünün ailəsinin 2019-cu ilin dekabrında “Diyarbəkir Anaları”na qatıldığı bildirilib.

Beləliklə, 2023-cü ildə inandırma yolu ilə təslim olan təşkilat üzvlərinin sayı 39-a yüksəlib.



Әlaqәli Xәbәrlәr