Rәcәb Tayyib Әrdoğan: ‘‘Seçki qutusundan çıxan istәnilәn nәticәni qanuni qәbul edәcәyik’’

Prezident Rəcəb Tayyib Ərdoğan  sabah keçiriləcək prezident və parlament seçkilərində qutudan çıxan istәnilәn nəticəni qanuni qəbul edəcəklərini bildirib.

1985879

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı deyib.
Çıxışında “Türkiye yüz ili'' ni vurğulayan Rəcəb Tayyib Ərdoğan ölkənin 40 illik terrorla mübarizə tarixində terror təşkilatına ən ağır zərbələrin endirildiyini deyib
Ərdoğan Qərbin sabah keçiriləcək seçkilərə böyük maraq göstərdiyini bildirib.
Bütün ölkələrlə yaxşı münasibətlərin davam etdirilməsinin vacibliyini vurğulayan Ərdoğan deyib ki, ABŞ  Rusiyaya müsbət baxmır deyə Rusiya prezidenti Vladimir Putinlə heç vaxt əlaqələri kəsmədik.
Prezident Ərdoğan Türkiyənin illərdir məruz qaldığı iqtisadi hücumlara və əməliyyatlara uğurla müqavimət göstərdiyini vurğulayıb. 
Qara dənizdə kəşf edilən və enerji sisteminə daxil olan təbii qazın ölkə iqtisadiyyatına fərqli bir güc qatdığına diqqət çəkən Ərdoğan Qabarda kəşf edilən  nefti  sistemə daxil etdiklərini söyləyib.

Әlaqәli Xәbәrlәr