Mövlud Çavuşoğlu gündəmdəki aktual mövzuları qiymətləndirib

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 10-da Suriya mövzusunda keçiriləcək dördtərəfli görüşlə bağlı məlumat verib.

1983257
Mövlud Çavuşoğlu gündəmdəki aktual mövzuları qiymətləndirib

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 10-da Suriya mövzusunda keçiriləcək dördtərəfli görüşlə bağlı məlumat verib.
Mövlud Çavuşoğlu deyib: "Səhər saatlarında üçtərəfli görüşümüzü keçirəcəyik. Günortadan sonra cənab Lavrovla Türkiye və Rusiya arasında ikitərəfli görüş olacaq".
''24 TV'' telekanalına müsahibə verən Mövlud Çavuşoğlu gündəmdəki aktual mövzuları qiymətləndirib.
Suriya məsələsinə toxunan Mövlud Çavuşoğlu  Moskva rəhbərliyinin Türkiye, Rusiya, İran və Əsəd rejimi arasında  mayın 10-da Moskvada xarici işlər nazirləri səviyyəsində keçiriləcək ilk görüşün tarixini təsdiqlədiyini bildirib.
Mövlud Çavuşoğlu görüşə İrandan kimin qatılacağının dəqiq olmadığını, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın İran prezidenti İbrahim Rəisi ilə Afrika turnesinə çıxacağı təqdirdə Moskvaya başqa bir rəsminin gələcəyini qeyd edib.



Әlaqәli Xәbәrlәr