Mustafa Şentop QDİƏT-nin toplantısında çıxış edib

Türkiye Böyük Millət Məclisinin sədri Mustafa Şentop Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 61-ci toplantısında deyib ki, "Bölgəmizdəki problemləri ortaq iradə nümayiş etdirərək və əməkdaşlıq edərək həll etməliyiz''.

1982828
Mustafa Şentop QDİƏT-nin toplantısında çıxış edib

Türkiye Böyük Millət Məclisinin sədri Mustafa Şentop Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 61-ci toplantısında deyib ki, "Bölgəmizdəki problemləri ortaq iradə nümayiş etdirərək və əməkdaşlıq edərək həll etməliyik''.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop toplantıda etdiyi çıxışında fevralın 6-da baş vermiş zəlzələnin böyük bir əraziyə mənfi təsir etdiyini və görünməmiş dağıntılara səbəb olduğunu xatırladıb.

Bu fəlakətdən sonra Türkiyenin dostlarının türk xalqının köməyinə gəldiyini və böyük bir həmrəylik nümayiş etdirdiyini söyləyən Mustafa Şentop deyib: “Göndərdiyiniz həm maddi yardımlar, həm axtarış-xilasetmə qrupları acılarımızı yüngülləşdirməyimizə kömək etdi. Bu prosesdə nümayiş etdirdiyiniz həmrəylik və etdiyiniz yardımlar Türkiye xalqı tərəfindən yüksək qiymətləndirilib. Bu səbəbdən hamınıza təşəkkür edirəm''.


Etiketlәr: #Mustafa Şentop

Әlaqәli Xәbәrlәr