Hulusi Akar: ''Suriyanın şimalında PKK/YPG-nin 8 üzvü zərərsizləşdirilib''

Hulusi Akar terrorçulara qarşı aparılan  mübarizə ilə bağlı açıqlama verib.

1982819
Hulusi Akar: ''Suriyanın şimalında PKK/YPG-nin 8 üzvü zərərsizləşdirilib''

Suriyanın şimalında terror təşkilatı PKK/YPG-nin 8 üzvü də  zərərsizləşdirilib.
Bunu Türkiyenin milli müdafiə naziri Hulusi Akar Kayseridə etdiyi çıxışında bildirib.
Hulusi Akar terrorçulara qarşı aparılan  mübarizə ilə bağlı açıqlama verib. O, 2015-ci ilin 24 iyul tarixindən etibarən terrora qarşı qətiyyətli mübarizənin aparıldığını deyib.
“Həmin tarixdən etibarən 37 793 terrorçu zərərsizləşdirilib. Onların sığınacaqları, mağaraları və yuvaları məhv edilib. Bu çərçivədə Suriyanın şimalında 8 terrorçu zərərsizləşdirilib.Son 10 gündə zərərsizləşdirilən terrorçuların sayı 50-yə çatıb”,- deyə Türkiyenin milli müdafiə naziri qeyd edib.
Hulusi Akar terrorla mübarizənin qətiyyətlə davam edəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr