Bodrum sahillərində qaçqınlar xilas edilib

Muğla vilayətinin Bodrum qəsəbəsi sahillərində 38 qaçqın xilas edilib.

1982367
Bodrum sahillərində qaçqınlar xilas edilib

Muğla vilayətinin Bodrum rayonu sahillərində 29 qaçqın xilas edilib, 14 qaçqın isə yaxalanıb.
Sahil Mühafizə Komandanlığından verilən açıqlamaya görə, Bodrum rayonu sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni mühacirin olduğu barədə məlumat alındıqdan sonra bölgəyə Sahil Mühafizə gəmisi təyin edilib.

Yunanıstana aid ünsürlər tərəfindən yenidən Türkiye ərazi sularına itələnərək rezin qayıqlarda olan 29 qaçqın xilas edilib.

Bundan əlavə, hərəkətdə olan rezin bir qayığın Sahil Mühafizəsinin Səyyar Radarı tərəfindən müəyyən edilməsi nəticəsində 14 qaçqın yaxalanıb.

Qaçqınlar əməliyyatların ardından Vilayət Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.



Әlaqәli Xәbәrlәr