Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan Türkiye vətəndaşları ilə əlaqədar paylaşım edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi internet səhifəsində  xaricdə yaşayan Türkiye vətəndaşları ilə əlaqədar paylaşım edib.

1980953

Rəcəb Tayyib Ərdoğan paylaşımında bu ifadələrə yer verib:  "Əvvəlki rəhbərliklər  illər boyu sizi görməzdən gəldi,  ancaq xarici valyutaya ehtiyacları olanda xatırlayırdılar. Biz hər zaman yanınızdaydıq, bir çox problemlərinizi həll etdik, hüquqlarınızı müdafiə etdik''.
Xaricdə təhsil almış vətəndaşları Türkiyedə işlə təmin edəcəklərini açıqlayan Rəcəb Tayyib Ərdoğan bildirib ki, xaricdə yaşayan Türkiye vətəndaşlarını Türkiyenin dünyadakı nümayəndəsi olaraq görürük. 
Xaricdə yaşayan Türkiye vətəndaşlarını qorumağa davam edəcəklərini vurğulayan Ərdoğan deyib: "Sizinlə birlikdə Türkiyeyik.''Türkiye yüz ili'' ni  "Güclü Türkiye'' və ''Güclü Diaspora" şüarı ilə birlikdə quracağıq. Bunun üçün sizdən səs verməyinizi və mayın 14-də yeni bir dastan yazmağınızı gözləyirəm''.

Әlaqәli Xәbәrlәr