Türkiye və Qazaxıstan parlamentinin sədrləri regional problemləri müzakirə edib

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Qazaxıstan Məclisinin sədri Yerlan Koşanov ilə görüşüb.

1980490
Türkiye və Qazaxıstan parlamentinin sədrləri regional problemləri müzakirə edib
şentop koşanov1.jpg

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Qazaxıstan Məclisinin sədri Yerlan Koşanov ilə görüşüb.

Mustafa Şentop Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) XII plenar iclasında iştirak etmək üçün Türkiyeyə səfər edən  Qazaxıstan parlamentinin sədri Yerlan Koşanov və onu müşayiət edən nümayəndə heyəti ilə bir araya gəlib.

Mustafa Şentop və Yerlan Koşanov görüşdən sonra Türkiye Böyük Millət Məclisi ilə Qazaxıstan Məclisi arasında əməkdaşlığa dair protokolu imzalayıblar.

TBMM sədri Yerlan Koşanova  martın 19-da Qazaxıstanda keçirilən parlament seçkiləri münasibətilə təbriklərini çatdırıb, yeni dönəmin xeyirli olmasını arzulayıb.

Mustafa Şentop Türkiyenin Kahramanmaraş şəhərində baş verən zəlzələlər zamanı verdiyi dəstəyə görə Qazaxıstana təşəkkür edib.

“Belə çətin dövrdə qardaşlarımızın bizimlə olduğunu bilmək bizim üçün ən böyük təsəlli oldu”,-deyə Mustafa Şentop qeyd edib.

İkitərəfli münasibətlərin və regional problemlərin də müzakirə edildiyi görüşdə Mustafa Şentop deyib:

"Qazaxıstanın sabitliyi türk dünyası üçün böyük əhəmiyyət kəsb edir. Qazaxıstan Türk Dövlətləri Təşkilatının institusional inkişafında aparıcı rola malikdir". 

Mustafa Şentop bildirib ki, parlamentlər arasında imzalanan əməkdaşlıq protokolu iki ölkə parlamentləri arasında dostluq və qardaşlığın möhkəmləndirilməsi mövzusunda olan ortaq iradənin və arzunun göstəricisidir.

Qazaxıstan parlamentinin sədri Yerlan Koşanov isə öz növbəsində  parlamentin sədri seçildikdən sonra ilk xarici səfərini Türkiyeyə etdiyini və bunun simvolik əhəmiyyət daşıdığını bildirib.

Kahramanmaraşda baş verən zəlzələlərə görə kədərləndiyini bildirən Yerlan Koşanov Türkiyenin xarici siyasətini yaxından izlədiklərini bildirib.

Yerlan Kosanov Türkiyenin Rusiya-Ukrayna müharibəsində vasitəçi rolunun əhəmiyyətini vurğulayıb.

Bu arada Mustafa Şentop paytaxt Ankarada Türkiye-Qazaxıstan Dostluq Parkının açılışında da çıxış edib.

''Bu gün olduğu  kimi, gələcəkdə də həm Türkiye ilə Qazaxıstanın ikitərəfli münasibətlərində,həm  də müstəqil türk dövlətləri arasında çoxtərəfli münasibətlərdə hər platformada  qardaşlıq, əməkdaşlıq və həmrəylik iradəmizi nümayiş etdirməyə davam edəcəyik”,-deyə Türkiye Böyük Millət Məclisinin sədri vurğulayıb.

Mustafa Şentop bildirib ki, Türkiye və Qazaxıstan Prezidentləri dövlətləri ortaq məqsəd və istiqamətdə irəlilətmək üçün iradələrini  hər zaman açıq şəkildə  ifadə ediblər.

“Enerji və müdafiə sahələrində əməkdaşlığımız ölkələrimizin tam müstəqil mövqeyini gücləndirir”,-deyə Mustafa Şentop qeyd edib.



Әlaqәli Xәbәrlәr