Mövlud Çavuşoğlu Mekonnen ilə görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Efiopiyanın xarici işlər naziri Mekonnen arasında telefon danışığı olub.

1979020
Mövlud Çavuşoğlu Mekonnen ilə görüşüb

Nazirlikdən verilən məlumata görə, Çavuşoğlu ilə efiopiyalı həmkarı Mekonnen arasında baş tutan danışıqda Türkiyə vətəndaşlarının Sudandakı təxliyyəsi ilə bağlı məsələlər müzakirə olunub.

Xatırladaq ki, Aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə yarımhərbiləşdirilmiş QHT arasında silahlı toqquşmalar baş verib.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Koordinasiya Ofisindən yayılan məlumata görə  indiyədək Sudandakı qarşıdurmalarda ən azı 427 nəfər həyatını itirib, 3700-dən çox insan isə yaralanıb.



Әlaqәli Xәbәrlәr