Anzaklar əcdadlarını “sübh ritualı” ilə yad ediblər

Çanaqqala Quru Döyüşlərinin 108-ci ildönümü anma mərasimləri çərçivəsində Gelibolu yarımadasındakı Anzak Koyunda ənənəvi “Sübh Ayini” keçirilib.

1978965
Anzaklar əcdadlarını “sübh ritualı” ilə yad ediblər

Avstraliya və Yeni Zelandiyalılardan ibarət 2000 nəfərlik qrup gecə saatlarında Çanaqqala şəhər mərkəzindən Gelibolu yarımadasına keçib. Səhər saatlarında başlayan mərasimdə Avstraliyalı Nazir Matt Keogh və Yeni Zelandiyanın Müdafiə Naziri Endryu Littlenin günün mənası və əhəmiyyəti ilə bağlı məruzələrindən sonra Böyük xilaskar Qazi Mustafa Kamal Atatürkün Çanaqqala döyüşlərində həyatını itirən əcnəbi əsgərlərin ailələrinə xitabən yazdığı məktub oxunub.

Türkiyə Respublikası adından Çanaqqala valisinin müavini Davut Boztaş və digər ölkələrin nümayəndələri tədbirin keçirildiyi sahəyə əklillər qoyub, bir dəqiqəlik sükut keçirilib. Türkiyə, Avstraliya və Yeni Zelandiyanın dövlət himnləri səsləndirildikdən sonra dualar edilib.

Mərasimə Çanaqqala Boğazı və Qarnizon komandiri kontr-admiral Mustafa Turhan Ecevit, Avstraliyanın Çanaqqala konsulu Harri Hall, Çanaqqala Döyüşləri və Gelibolu Tarixi Sahə üzrə səlahiyyətli İsmayıl Kaşdemir, İngiltərə Baş qərargah rəisi Patrick Sanders, 25 ölkədən çoxlu müvəqqəti işlər vəkili, səfirlər, səfir müavinləri və müdafiə attaşeləri iştirak edib.

Qeyd edək ki, Anzak Avstraliya və Yeni Zelandiya Ordu Korpusu sözlərinin ilk hərflərinin abbreviaturasıdır. Anzaklar 1915-ci ildə Çanaqqala boğazında, daha sonra isə Yaxın Şərq və Avropada müttəfiqləri adından vuruşublar.

Anzak Günü isə 25 aprel 1915-ci ildə Avstraliya və Yeni Zelandiya qoşunlarının Geliboluya qədəm qoymalarının ildönümünü olaraq yad edilir.



Әlaqәli Xәbәrlәr