Mustafa Şentop 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə bəyanat yayıb

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bildirib ki, Türkiye Böyük Millət Məclisinin qurulması xalqın iradəsini təmsil edən böyük bir dəyişikliyin başlanğıcı olub.

1978203

Mustafa Şentop Türkiye Böyük Millət Məclisinin qurulmasının 103-cü ildönümü, 23 Aprel- Milli Suverenlik və Uşaq Bayramı münasibətilə bəyanat yayıb.
Mustafa Şentop Türkiye Cümhuriyyəti tarixində yeni və ən mühüm başlanğıc nöqtələrindən biri olan Türkiyə Böyük Millət Məclisinin açılış gününü uşaqlara hədiyyə edən quruculara təşəkkür edib.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop 103 ili arxada qoyan Türkiye Böyük Millət Məclisinin ilk sədri Qazi Mustafa Kamal Atatürk başda olmaqla, döyüş yoldaşlarını və Birinci Məclisin deputatlarını rəhmət və ehtiramla yad etdiyini bildirib.
"Bizə əmanət etdikləri Türkiyə Cümhuriyyəti bundan sonra da uşaqlarımızın və gənclərimizin çiyinlərində yüksəlməyə davam edəcək. 23 Aprel Milli Suverenlik və Uşaq Bayramınız mübarək olsun'',-deyə Mustafa Şentop qeyd edib.

Әlaqәli Xәbәrlәr