23 Aprel- Milli Suverenlik və Uşaq Bayramı böyük coşğu ilә qeyd olunur

23 Aprel Milli Suverenlik və Uşaq Bayramı və Türkiye Böyük Millət Məclisinin (TBMM) açılışının 103-cü ildönümü böyük coşğu ilə qeyd olunur.

1978229
23 Aprel- Milli Suverenlik və Uşaq Bayramı böyük coşğu ilә qeyd olunur
23 nisan.jpg
sentop 23 nisan.jpg

23 Aprel Milli Suverenlik və Uşaq Bayramı və Türkiye Böyük Millət Məclisinin (TBMM) açılışının 103-cü ildönümü böyük coşğu ilə qeyd olunur.
Bayram proqramları çərçivəsində Türkiye Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərliyindəki dövlət rəsmiləri Anıtqəbiri ziyarət ediblər. Mərasimdə Türkiyenin vitse-prezidenti Fuad Oqtay, Cümhuriyyət Xalq Partiyasının sədri (CHP) Kamal Kılıçdaroğlu, nazirlər və millət vəkilləri iştirak edirlər. Mustafa Şentop Mustafa Kamal Atatürkün mavzoleyi önünə əklil qoyub. Türkiye Böyük Millət Məclisinin sədri daha sonra  xüsusi dəftərə ürək sözlərini yazıb.
“Xilaskar, qurucu, qazi titullarını daşıyan Türkiye Böyük Millət Məclisi hər şeydən əvvəl millət və vətən anlayışı ilə demokratiya və cümhuriyyət sistemini qətiyyətlə davam etdirəcək'',-deyə Mustafa Şentop xüsusi dəftərə yazıb.



Әlaqәli Xәbәrlәr