Nyu Yorkda 1915-ci il hadisələri ilə bağlı panel iclas keçirilib

Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən Nyu Yorkda təşkil edilən panel iclasda 1915-ci il hadisələri ilə bağlı tarixi faktlar və beynəlxalq hüquq normaları çərçivəsində Türkiyenin tarixi tezisləri müzakirə edilib.

1978031

Türkevində təşkil edilən "Həqiqət Çağrısı: 1915 hadisələri ilə bağlı tarixi faktlar'' adlı iclasda tarixçilər, hüquqşünaslar, yazıçılar, jurnalistlər, təhlükəsizlik və xarici siyasət mütəxəssisləri iştirak ediblər.
Panel iclas Osmanlı İmperiyası dövründə əsrlər boyu sülh şəraitində yaşayan erməni icmasının mövqeyini, separatçı hərəkatları və 1915-ci il hadisələrini əks etdirən videoçarxla başlayıb.
Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun iclasda videomesaj vasitəsilə çıxış edib.

Әlaqәli Xәbәrlәr