Hulusi Akar: ''Heç bir şəhidimizin qanını yerdə qoymadıq''

Türkiyenin Milli Müdafiə naziri Hulusi Akar deyib:"İraqın şimalındakı Zap və Qara bölgələrindəki terrorçulara ağır zərbələr endirilir''.

1978013
Hulusi Akar: ''Heç bir şəhidimizin qanını yerdə qoymadıq''

Türkiyenin Milli Müdafiə naziri Hulusi Akar deyib:"İraqın şimalındakı Zap və Qara bölgələrindəki terrorçulara ağır zərbələr endirilir''.
Hulusi Akar Kayseridə etdiyi  çıxışında terrorla mübarizənin ölkə daxilində və sərhəddən kənarda qətiyyətlə davam etdiyini bildirib.
"Türkiye hərbçiləri İraqın şimalındakı bütün terror düşərgələrini dağıdıb və dağıtmağa davam edir. Heç bir şəhidimizin qanını yerdə qoymadıq''.
Türkiyenin sənayedən turizmə, mədəniyyətdən sənətə qədər bir çox sahədə inkişaf etdiyini ifadə edən Hulusi Akar müdafiə sənayesində əldə edilən irəliləyişin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Hulusi Akar çıxışında Sakaryanın  Arifiye bölgəsində istehsal edilən ilk milli döyüş tankı olan ''Altay''ı sabah təhvil alacaqlarını da açıqlayıb.



Әlaqәli Xәbәrlәr