Prezident Rəcəb Tayyib Ərdoğanın Ramazan bayramı mesajı

Ərdoğan fevralın 6-da Kahramanmaraşda baş verən “əsrin fəlakəti”nin fəsadlarını əsrin həmrəyliyi ilə dövlət və millətin əl-ələ, çiyin-çiyinə verərək aradan qaldırmağa cəhd göstərdiyini söyləyib.

1977610
Prezident Rəcəb Tayyib Ərdoğanın Ramazan bayramı mesajı

Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 6-da Kahramanmaraşda baş verən “əsrin fəlakəti”nin fəsadlarını əsrin həmrəyliyi ilə dövlət və millətin əl-ələ, çiyin-çiyinə verərək aradan qaldırmağa cəhd göstərdiyini söyləyib.

Prezident Ərdoğan Ramazan bayramı münasibətilə yayımladığı videomüraciətində vətəndaşları Ramazan bayramı münasibətilə təbrik edərək deyib:

"Cari ilin Ramazan ayını 6 Fevral zəlzələlərində həlak olanların acısı səbəbilə hüznlə qarşıladıq. Zəlzələ və daşqınlarda həlak olan 50 mindən çox insanın hər birinə Allahdan rəhmət, səbr diləyirəm. Bu mübarək günlərdə zəlzələdən sağ çıxanları tək qoymadıq. Əsrin fəlakətinin yaralarını əl-ələ, çiyin-çiyinə, əsrin həmrəyliyi ilə dövlət və millətlə birlikdə sağaldırıq. Dağıntıların böyük hissəsi təmizlənib. Tikinti prosesi 100 mindən çox zəlzələ evi və kənd evinin tikintisinə başlanılıb. Onlardan təxminən 50 mininin təməli qoyulub. Dağıntılar təmizlənib yeni tikintilər ortaya çıxdıqca zəlzələ bölgəsində ümidlər də güclənir”. 

Ərdoğan itkiləri geri qaytarmaq mümkün olmasa da, zəlzələdən zərərçəkənləri tez bir zamanda yeni evlərinə qovuşdurmaq əzmində olduqlarını vurğulayıb.



Әlaqәli Xәbәrlәr