Mövlud Çavuşoğlu Sudanda yaşanan hadisələri qiymətləndirib

Mövlud Çavuşoğlu deyib: "Münaqişənin dayandırılması üçün hər iki tərəflə görüşürük''.

1977244
Mövlud Çavuşoğlu Sudanda yaşanan hadisələri qiymətləndirib

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu Sudanda yaşanan olayları qiymətləndirib.
Mövlud Çavuşoğlu deyib: "Münaqişənin dayandırılması üçün hər iki tərəflə görüşlər keçiririk. Həm prezidentin köməkçisi, həm də xüsusi təyinatlı qüvvələrin komandanı ilə görüşürük. Atəşkəs təmin olunarsa və hava məkanı açılarsa geri qayıtmaq istəyən vətəndaşlarımızı Türkiyəyə gətirəcəyik. Atəşkəsin təmin olunma ehtimalı var''.
Bölgədəki Türkiye vətəndaşları ilə əlaqə yaratdıqlarını bildirən Mövlud Çavuşoğlu deyib: ''Vətəndaşlarımız atəşkəs təmin olunanadək olduqları məkanları tərk etməsinlər. Bir şeyə ehtiyacları varsa səfirliyimizlə əlaqə yaratsınlar.Sabah hava məkanı açıldıqdan sonra geri qayıtmaq istəyən vətəndaşlarımızı Türkiyeyə gətirəcəyik''.



Әlaqәli Xәbәrlәr