Hulusi Akar: ''Türkiye hərbçiləri son üç gündə 18 terrorçunu da zərərsizləşdirib''

Türkiyenin milli müdafiə naziri Hulusi Akar Türkiye hərbçilərinin son 3 gündə Şimali İraq və Suriyada 18 terrorçunu zərərsizləşdirdiyini açıqlayıb.

1977365

Kayseridə çıxış edən Hulusi Akar  Türkiyə Silahlı Qüvvələrinin Cümhuriyyət tarixinin ən intensiv və əhatəli əməliyyatlarını həyata keçirdiyini bildirib.
"Terror təşkilatının düşərgələrindən çox sayda terrorçu qaçır'',-deyə Hulusi Akar qeyd edib.  
Türkiye hərbçilərinin  sərhədləri və vətəndaşları qorumaq üçün əlindən gələni etməyə davam etdiyini vurğulayan Hulusi Akar deyib:“Arxalarında kim olursa olsun mübarizəmiz sonuncu terrorçu da məhv edilənədək davam edəcək.Türkiye hərbçiləri son üç gündə Şimali İraq və Suriyada 18 terrorçunu da zərərsizləşdirib''.
Türkiye hərbçilərinin terrorçuların yuvalarını dağıtmağa davam etdiyini deyən Hulusi Akar deyib: ''2015-ci ilin 24 iyul tarixindən etibarən ümumilikdə 37 min 756 terrorçu zərərsizləşdirilib''.

Әlaqәli Xәbәrlәr