Prezident Ərdoğan Şanlıurfa şəhərində təməlqoyma mərasimində iştirak edib

Prezident Rəcəb Tayyib Ərdoğan bir il ərzində 650 min yeni ev tikərək, zəlzələ bölgəsini dirçəldəcəklərini söyləyib.

1975710
Prezident Ərdoğan  Şanlıurfa şəhərində təməlqoyma mərasimində iştirak edib

Prezident Rəcəb Tayyib Ərdoğan bir il ərzində 650 min yeni ev tikərək, zəlzələ bölgəsini dirçəldəcəklərini söyləyib.

Dövlət başçısı bu barərədə Şanlıurfa şəhərində aprelin17-da keçirilən təməlqoyma mərasimində etdiyi çıxışda bildirib. 

Fevralın 6-da ölkənin tarixinin ən geniş ərazisində güclü zəlzələlərlə sarsıldığını xatırladan Ərdoğan deyib:

“Zəlzələ xəbərini alan kimi dövlət və millətlə birlikdə bütün imkanlarımızı bu bölgəyə çatdırdıq. Axtarış-xilasetmə fəaliyyətləri, qidadan geyim və sığınacaqlara qədər təcili yardım ehtiyacları, dağıntıların təmizlənməsi işlərindən sonra daimi yaşayış yerlərinin tikintisi mərhələsinə start verdik”.

Zəlzələlərdə dünyasını dəyişənlərin geri qaytarılmasının mümkün olmadığını deyən Ərdoğan fəlakətlərin yaralarını sağaltmaq və itkilərin yerini doldurmağın onların vəzifəsi olduğunu bildirib.

Bir il ərzində 319 mini təhvil veriləcək 650 min yeni ev tikəcəklərini, zəlzələ bölgələrini dirçəldəcəklərini ifadə edəndövlət başçısı “Hətta bayramda tikintisi başa çatan ilk kənd evlərimizi belə sahiblərinə təhvil verəcəyik. Dünyada belə bir böyük fəlakətin baş verməsindən cəmi 2,5 ay keçməsindən  vətəndaşlarını evlərinə qovuşdurmağa başlaya biləcək başqa bir dövlət yoxdur" deyib.



Әlaqәli Xәbәrlәr