Bu gün Qədr gecəsidir

İslam dinində min aydan daha xeyirli olduğu bildirilən Qədr gecəsi ramazanın 27-ci gecəsi olan bu günə təsadüf edir.

1975889
Bu gün Qədr gecəsidir

İslam dinində min aydan daha xeyirli olduğu bildirilən Qədr gecəsi ramazanın 27-ci gecəsi olan bu günə təsadüf edir.
İslam dinində Quranın endirilməyə başladığı Qədr Gecəsi göylərin qapılarının açıldığı, dua və tövbələrin qəbul edildiyi mübarək gecə olaraq səciyyələndirilir, Qurani- Kərimdə adı keçən yeganə gecə olaraq göstərilir.
Quranı Kərimdə Qədr surəsində bu gecə barəsində bunlar deyilir:
"Şübhəsiz, biz onu (Quranı) Qədr gecəsində endirdik. Qədr gecəsinin nə olduğunu sən nə biləcəksən. Qədr gecəsi min aydan daha xeyirlidir. Mələklər və Ruh (Cəbrail) o gecədə Rəbbinin izni ilə hər növ iş üçün enər də, enər. O gecə dan yeri ağaranadək əmin-amanlıqdır".
 Türkiye Diyanət İşləri Dini Xidmətlər Baş İdarəsi Qədr gecəsi münasibətilə müxtəlif tədbirlər keçirəcək.
 



Әlaqәli Xәbәrlәr