“Bu yerlərdə uğursuzluğa yol vermədik və verməyəcəyik”, M.Çavuşoğlu

Antalyada verdiyi açıqlamada M.Çavuşoğlu deyib...

1975403
“Bu yerlərdə uğursuzluğa yol vermədik və verməyəcəyik”, M.Çavuşoğlu

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Egey, Kipr, Şərqi Aralıq dənizi və Liviyada uğursuzluqlara yol vermədiklərini və verməyəcəklərini bildirdi.

  Antalyada verdiyi açıqlamada M.Çavuşoğlu deyib: “Türkiyə əsri” təkcə Türkiyənin deyil, Türk dünyasından Balkanlara, Qafqazdan Afrikaya qədər könül coğrafiyasındakı bütün bəşəriyyətin baxışıdır.

  Sivilizasiya hövzəsi olan Aralıq dənizindən aldığımız ilhamla qəlbləri bir-birinə bağladıq, qlobal səviyyədə sülh və əmin-amanlığa qabaqcıllıq etdik.

  Ukraynadan Filippinə, Əfqanıstandan Somaliyə qədər sülh və vasitəçilik etməyə də çalışan bizik.

  İqtisadi diplomatiyası ilə sahibkarlığa yol açaraq Türkiyəni qlobal enerji xəritəsinin mərkəzinə çevirdik.

  Biz Egeydə, Kiprdə, Şərqi Aralıq dənizində və Liviyada uğursuzluğa yol vermədik və verməyəcəyik.

  Fətullahçı Terror Təşkilatından (FETÖ) DAİŞ-ə, PKK-YPG-dən tutmuş əş-Şəbaba qədər terrorla mübarizə aparan, Suriyanın şimal-şərq hissəsini terrordan təmziləyən, terror dəhlizinin qarşısını kəsən və geri dönüşü təmin edən də bizik”.



Әlaqәli Xәbәrlәr