Süleyman Soylu: ‘‘Zәlzәlә nәticәsindә hәyatını itirәnlәrin sayı 50 500 nәfәrә çatıb’’

Türkiyenin daxili işlər naziri Süleyman Soylu fevralın 6-da Kahramanmaraşda baş verən və 11 vilayətdə ciddi dağıntılara səbəb olan zəlzələ nəticəsində həyatını itirənlərin sayının 50 500 nəfərə çatdığını açıqlayıb.

1975039

Kahramanmaraşda mətbuat konfransı keçirən Süleyman Soylu zəlzələ nəticəsində zərər görmüş 57 min 29 binadan 40 min 969-nun dağıntılarının aradan qaldırıldığını deyib.
Süleyman Soylu bölgədə 66 min konteyner evinin qurulduğunu və bu rəqəmin tezliklə 100 minə çatacağını bildirib.
Fevralın 6-da Kahramanmaraş şəhərində  baş verən və 11 vilayətdə ciddi dağıntılara səbəb olan zəlzələ nəticəsində həyatını itirənlərin sayının 50 min 500 nəfərə çatdığını ifadə edən Süleyman Soylu 1020 nəfərin şəxsiyyətinin müəyyən edilə bilmədiyini və ekspertizanın davam etdiyini qeyd edib.

Әlaqәli Xәbәrlәr