İzmir-Belqrad və Ankara-Daşkənd uçuşları başladı

THY Mətbuat Xidmətindən verilən məlumata görə...

1974469
İzmir-Belqrad və Ankara-Daşkənd uçuşları başladı

 

  Türkiyə Hava Yollarının (THY) alt brendi olan “AnadoluJet” İzmirdən Serbiyanın paytaxtı Belqrada və Ankaradan Özbəkistanın paytaxtı Daşkəndə uçuşlara başlayır.

  THY Mətbuat Xidmətindən verilən məlumata görə, daha əvvəl İzmir-Belqrad uçuşlarına başlayan “AnadoluJet” 2021-ci ildə Ankara üzərindən bu şəhərə uçuşlarına yenisini əlavə edib.

  13 aprel tarixindən etibarən həftədə iki gün - cümə axşamı və bazar günləri İzmir ilə Belqrad arasında qarşılıqlı uçuşlar olacaq. Uçuşlar İzmir Adnan Menderes Hava Limanından yerli vaxtla saat 14.20-də, Belqrad Nikola Tesla Hava Limanından isə saat 15.55-də həyata keçiriləcək.

  “AnadoluJet” aprelin 17-də Ankaradan Özbəkistanın paytaxtı Daşkəndə uçacaq. Uçuşlar Ankara Esenboğa Hava Limanı ilə İslam Kərimov Daşkənd Beynəlxalq Hava Limanı arasında həftədə 2 gün olacaq.

  Sərnişinlər “AnadoluJet”in İzmir-Belqrad və Ankara-Daşkənd reysləri ilə bağlı ətraflı məlumatı anadolujet.com və 08503332538 telefon nömrəsindən əldə edə bilərlər.



Әlaqәli Xәbәrlәr