“Əqsanın statusu və dəyərinə qarşı təxribatlara susmaq mümkün deyil”, R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrail prezidenti İsaak Hersoq arasında telefon danışığı olub

1971889
“Əqsanın statusu və dəyərinə qarşı təxribatlara susmaq mümkün deyil”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrail prezidenti İsaak Hersoq arasında telefon danışığı olub, İsrail təhlükəsizlik qüvvələrinin Əqsa məscidinə basqını, Qiblə məscidində törətdikləri hücum və müqəddəs məkanlarda olanlara qarşı sərt müdaxilələr müzakirə edilib.

  Baş verənlərin müsəlmanlar qədər çoxunu incitdiyini bildirən prezident Ərdoğan deyib: “Əqsa məscidinin statusu və mənəvi dəyərinə qarşı təxribat və təhdidlərə susmaq mümkün deyil.

  Bu il Ramazan ayı Pasxa bayramına təsadüf edib. Belə bir həssas dövrdə Qəzza və Livana sıçrayan gərginliyin artmasına imkan verilməməlidir.

  Radikal yəhudi qruplarının Əqsa məscidinə basqın çağırışları narahatlıqları artırır.

  Müsəlmanların, xüsusilə aprelin 11-də başlayacaq itikaf dövründə heç bir problem olmadan namazlarını qılmaları üçün lazımi tədbirlər görülməlidir.

  Hər Ramazan ayında təkrarlanan bu hadisələr bölgənin taleyinə çevrilib, bunun qarşısı alınmalıdır. Problemin kökünə varmaq, ədalətli və daimi sülhün bərqərar edilməsi istiqamətində addım atmaq üçün üzərimizə düşəni etməyə hazırıq.”



Әlaqәli Xәbәrlәr