Çavuşoğlu və Lavrov mətbuata birgə bəyanatlarla çıxış ediblər

Xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailə Əqsa məscidinə hücumlarını daimi olaraq dayandırmağa çağırıb.

1971569
Çavuşoğlu və Lavrov mətbuata birgə bəyanatlarla çıxış ediblər

Xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailə Əqsa məscidinə hücumlarını daimi olaraq dayandırmağa çağırıb.

Nazir Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra paytaxt Ankaradakı Prezident İqamətgahında təşkil edilən birgə mətbuat konfransında çıxış edib.

Çavuşoğlu İsrailin Əqsa məscidinə basqınlarına toxunaraq "İsrailin Ramazan ayında həmin məscidinin müqəddəsliyini və tarixi status-kvonunu pozan bu hücumunu qınayıram. İsrail polisinin, xüsusən də burada ibadət edən müsəlmanlara qarşı rəftarı qəbuledilməzdir. Bu, qeyri-insanidir" deyib.

Xarici işlər naziri Eli Koenin Türkiyeyə səfəri zamanı görüşlərində Əqsa məscidinin statusunun qorunub saxlanması ilə bağlı öhdəliklərini bir daha vurğuladığını xatırladan Çavuşoğlu ötən ilin Ramazan ayında gərginlik yaşandığını bildirib.

Nazir Çavuşoğlu "Bu gün İsraildə təhlükəsizlik işləri ən irqçi və faşist siyasətçiyə (Radikal sağçı Milli Təhlükəsizlik Naziri İtamar) Ben-Qvirə tapşırılıb. Ona görə də bizim İsrailə çağırışımız, həm Əqsa məscidinə qarşı bu hücumlarını, həm də hava hücumlarını daimi olaraq dyandırmasıdır" deyib.

Çavuşoğlu onu da deyib ki, Türkiye olaraq yenidən İsraillə dialoqa başladıq, lakin hamı bilməlidir ki, bu, İsrail başda olmaqla, Fələstin davası bahasına ola bilməz. Fələstin, Əqsa məscidi və Qüds məsələsi hər zaman bizim qırmızı xəttimizdir və biz bu məsələlərdə heç vaxt güzəştə getmərik.

Digər tərəfdən, Çavuşoğlu aprelin 3-4-də Rusiyanın paytaxtı Moskvada Türkiye, Rusiya, Əsəd rejimi və İran arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən 4 görüşə də toxunub və həmkarı Lavrovla görüşündə göstərdiyi səylər barədə danışıb. Bu görüşə ev sahibliyi edən və hazırlayan Rusiya Xarici İşlər Nazirliyinə təşəkkürünü bildirib.

Çavuşoğlu Moskvada keçirilən dördtərəfli görüşlə bağlı bunları deyib:

"Moskvada hər bir ölkə öz mövqeyini və fikirlərini şəffaf və açıq şəkildə ifadə etdi. Hesab edirik ki, bu proses eyni şəffaf və açıq şəkildə davam etməlidir. Biz bilirik ki, bütün məsələlər bir görüşdə, iki görüşdə həll olunmayacaq, realistik, lakin dialoq davam etməlidir və məsləhətləşmələr eyni şəkildə intensivləşdirilməlidir.

Rusiyanın xarici işlər naziri Lavrov da həmkarı Çavuşoğlu ilə ikitərəfli və beynəlxalq gündəmin əsas məsələlərini müzakirə etdiklərini və iki ölkə arasındakı əlaqələrin səmərəliliyinin liderlər arasındakı səmimiyyətdən qaynaqlandığını bildirib.

Lavrov deyib:

"Bugünkü görüşdə əlaqələrimizin lokomotivi olan layihələrdən danışdıq. Xüsusilə, Akkuyu Atom Elektrik Stansiyasının yaradılmasından danışıldı. Bu stansiyanın tikintisi Türkiyenin enerji təhlükəsizliyini gücləndirəcək. Bu münasibətlə  27 apreldə stansiyanın birinci blokuna nüvə enerjisi göndərəcəyimizi ifadə etmək istərdim.

Türkiyedə qaz mərkəzi yaradılacaq. Biz Rusiyanın enerji resurslarının dünya bazarına çıxarılması üçün mərkəz yaradırıq. Keçən il dövlət başçılarımız, rəhbərlərimiz bu qaz mərkəzinin yaradılması ilə bağlı qərar qəbul etdilər. Biz bu qərarın nə dərəcədə düzgün olduğunu daha yaxşı başa düşürük”.



Әlaqәli Xәbәrlәr