Ərdoğan: “Qara dəniz təbii qazı aprelin 20-də Filyosda sahilə çıxarılacaq"

Prezident Rəcəb Tayyib Ərdoğan bəzi televiziya kanallarının birgə canlı yayımında jurnalistlərin suallarını cavablandırıb.

1970620
Ərdoğan: “Qara dəniz təbii qazı aprelin 20-də Filyosda sahilə çıxarılacaq"

“Qara dəniz təbii qazı aprelin 20-də Filyosda sahilə çıxarılacaq" 

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan bəzi televiziya kanallarının birgə canlı yayımında jurnalistlərin suallarını cavablandırarkən deyib. 

Ərdoğan "Enerjidə yeni müjdəli xəbər olacaqmı?" sualı ilə bağlı deyib:

"Qara dəniz təbii qazı aprelin 20-də Filyosda Təbii Qaz Emalı Müəssisəsi vasitəsilə sahilə çıxarılacaq, daha sonra Türkiye öz daxili qazından istifadə etməyə başlayacaq. Uzun illərdir üzərində işlədiyimiz bu layihə o gün Qara dənizdən başlayaraq dalğa-dalğa bütün ölkəyə yayılacaq".

Prezident Ərdoğan İsrail qüvvələrinin Əl-Əqsaya hücumunu da pisləyib.

Ramazan ayında həyata keçirilən hücumun qəbul edilə bilməyəcəyini bildirən Ərdoğan deyib:

"Bunu Xarici İşlər Nazirliyi ilə qınadıq və lənətlədik. Mən də çıxışlarımda eyni şəkildə qınayıram. Heç bir təhlükəsizlik narahatlığı belə qeyri-insani müdaxiləyə səbəb ola bilməz. Əl-Əqsa məscidinin tarixi statusuna və mənəviyyatına, fələstinlilərin inanc və həyat azadlığına qarşı müdaxilələr və təhdidlər qətiliklə sona çatdırılmalıdır.

İsrail gərginliyi artıracaq addımlardan qəti şəkildə imtina etməlidir. Bizim xüsusilə sinaqoqlara qarşı belə bir hücumumuz varmı? Yəhudi məbədlərinə hücumumuz varmı? Çünki biz onları müqəddəs görürük. Fələstinli qardaş və bacılarımızın hər cür şəraitdə yanında olmağa və müqəddəslərimizi qorumağa davam edəcəyik. İsrail bunu bilməlidir”.



Әlaqәli Xәbәrlәr