Antalya sahillərində ticarət gəmisi batıb

Məlumata əsasən, gəmidə 14 ekipaj üzvü olub.

1970296
Antalya sahillərində ticarət gəmisi batıb

Antalya sahillərində Qvineya-Bissau bayrağı altında üzən ticarət gəmisi batıb.

Məlumata əsasən, gəmidə 14 ekipaj üzvü olub.

Antalya valisi Ersin Yazıcı həmin şəxslərdən 5-nin xilas edildiyini, 9 nəfərin isə axtarışlarının davam etdiyini bildirib.

Ersin Yazıcı Suriya vətəndaşı olan 14 ekipaj üzvündən 2-nin Sahil Mühafizə Xidmətina məxsus  helikopterlə xilas edilərək Finike Dövlət Xəstəxanasına aparıldığını qeyd edib. E.Yazıcı 3 nəfərin digər ticarət gəmiləri tərəfindən xilas edildiyini vurğulayıb.

Faktla bağlı araşdırma aparılır.



Әlaqәli Xәbәrlәr