Çavuşoğlu ABŞ-ın Suriyada YPG/PKK-nı dəstəkləməsinə münasibət bildirib

Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Nyu-York şəhərində Türkiyedən olan jurnalistlərlə xarici siyasətdəki inkişaflarla bağlı söhbət edib.

1968864
Çavuşoğlu ABŞ-ın  Suriyada YPG/PKK-nı dəstəkləməsinə münasibət bildirib

"Amerika Birləşmiş Ştatlarının (ABŞ) Suriyada terror təşkilatı YPG/PKK-ya hər cür silah və təlim dəstəyi verdiyi göz qabağındadır".

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Nyu-York şəhərində Türkiyedən olan jurnalistlərlə xarici siyasətdəki inkişaflarla bağlı söhbəti zamanı deyib.

Çavuşoğlu Suriyanın şimal-şərqindən havaya qalxan və Şimali İraqda qəzaya uğrayan PKK-lıları daşıyan helikopterlə bağlı suala belə cavab verib:

"ABŞ-ın Suriyadakı YPG/PKK-ya hər cür silah, texnika və təlim dəstəyi verdiyi açıq və aydındır. Onsuz da bunu gizlətmirlər. Onların bir şeyin üstünü örtən örtüyü də var, o da "DEAŞ-la mübarizə"dir. Təbii ki, bu helikopterlərin kimə məxsus olması önəmlidir. Onları kim alıb, kim təxsis edib və kimin istifadəsinə verib?"

Nazir Çavuşoğlu ABŞ-ın helikopterlərdən xəbəri olub-olmaması sualına isə belə cavab verib:

"Nəticədə o bölgənin hava məkanına kim nəzarət edir? ABŞ. Ona görə də hava məkanı mənim nəzarətimdədirsə, pilotsuz təyyarənin keçib-keçməməsi, quşun belə uçması mənim məlumatımdır. Helikopterin hava məkanına nəzarət edəndən icazəsiz havaya qalxması mümkün deyil".

ABŞ əsgərlərinin Suriyada olub-olmaması və ABŞ Baş Qərargah rəisinin keçən ay bölgəyə səfəri zamanı PKK üzvləri ilə görüşüb-görüşməməsi ilə bağlı suala isə Çavuşoğlu Amerika əsgərlərinin YPG/PKK-ya dəstək vermək üçün Suriyada olduğunu bildirib:

"Nəticədə Baş Qərargah rəisinin onlarla görüşüb-görüşməməsinin əhəmiyyəti yoxdur. Terrorçulara, PKK-lılara təlim keçən əsgərlərinə baş çəkir".



Әlaqәli Xәbәrlәr