Rəcəb Tayyib Ərdoğan Kilisdə əhəmiyyətli bəyanatlar verib

Prezident Rəcəb Tayyib Ərdoğan Kilis daxil olmaqla zəlzələdən zərər çəkmiş 11 şəhərdə 650 min mənzil inşa edəcəklərini deyib.

1968287
Rəcəb Tayyib Ərdoğan Kilisdə əhəmiyyətli bəyanatlar verib

Prezident Rəcəb Tayyib Ərdoğan Kilis daxil olmaqla zəlzələdən zərər çəkmiş 11 şəhərdə 650 min mənzil inşa edəcəklərini deyib.
Dünən Kilisdə açıqlama verən Rəcəb Tayyib Ərdoğan deyib: 
"Şəhərimizdə inşa ediləcək mənzillərin ümumi sayı 4271-ə çatacaq. Bu gün biz 649 evin təməlini qoymuşuq, 486 kənd evi ilə bağlı tender keçirmişik. Beləliklə, ümumilikdə 67 min 50 mənzil  və kənd evinin inşası prosesi başladı''.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, gördüyümüz işləri şəhərlərin demoqrafik quruluşunu, sosiologiyasını, tarixini, incəsənətini, mədəniyyətini, sənayesini, memarlıq quruluşunu pozmadan həyata keçiririk. Xüsusilə bu prosesdə üfüqi memarlıq prinsipimizdən vaz keçməyəcəyik. İnşa ediləcək mənzillər 4 mərtəbədən ibarət olacaq''.



Әlaqәli Xәbәrlәr