"Zəlzələ bölgəsində həyatın normallaşması üçün tədbirlərimizi davam etdiririk", R.T.Ərdoğan

Prezident və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiye Böyük Millət Məclisinin Qrup Toplantısında çıxış edib.

1966946
"Zəlzələ bölgəsində həyatın normallaşması üçün tədbirlərimizi davam etdiririk", R.T.Ərdoğan

“Təhsildən səhiyyəyə qədər heç bir xidməti əskik etmədən zəlzələ bölgəsində vətəndaşlarımızın həyatının normallaşmasını təmin edəcək tədbirləri qətiyyətlə həyata keçirəcəyik”. 

Bunu Prezident və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiye Böyük Millət Məclisinin Qrup Toplantısında etdiyi çıxışda deyib.

Dövlət başçısı "Zəlzələ bölgəsində bərpa fəaliyyətlərini davam etdirərkən, yol xəritəmiz olan Türkiyenin yeni əsri ilə bağlı baxışımızdan heç vaxt geri addım atmayacağıq. TOGG (Türkiyenin Avtomobil Təşəbbüs Qrupu) ötən gecədən etibarən 177.000-dən çox ilkin sifariş alıb. Bu da millətimizin inamını ortaya qoyur.

Gələn ay “Hürjet” reaktiv təlim təyyarəsindən tutmuş "Anadolu" gəmimizə qədər bir çox mühüm müdafiə sənayesi layihələrimizin sevincini millətimizlə paylaşacağıq.

Qara dəniz təbii qazının Zonguldak Filyos emalı zavoduna daşınması mərasimini keçirəcəyimiz zaman millətimiz üçün çox yaxşı xəbərimiz olacaq" deyib.

Prezident Ərdoğan çıxışında ayrıca 27 apreldə Mersin Akkuyu Atom Elektrik Stansiyasına yanacaq yükləyərək rəsmi olaraq nüvə obyekti statusu qazandıracaqlarını də dilə gətirib.



Әlaqәli Xәbәrlәr