Macarıstan Prezidenti Katalin Novak Türkiyedə səfərdədir

Novak müşaiyətindəki heyətlə Anıtqəbirdə Qazi Mustafa Kamal Atatürkün məqbərəsinə əklil qoyub, Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

1966976
Macarıstan Prezidenti Katalin Novak Türkiyedə səfərdədir

Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə paytaxt Ankaraya gələn Katalin Novak müşaiyətindəki heyətlə Anıtqəbirdə Qazi Mustafa Kamal Atatürkün məqbərəsinə əklil qoyub, Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

K.Novak Anıtqəbir xatirə dəftərinə bunları yazıb:

“Türkiye Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün xatirəsi qarşısında səmimi  duyğularımla dərin ehtiramımı bildirirəm.

Atatürkün dövlət quruculuğu fəaliyyəti bütün macar və türk xalqları üçün örnəkdir. Əgər onun Macarıstan-Türkiye münasibətlərini yaxşılaşdırmaq səyləri olmasaydı, bu gün xalqlarımız arasında qardaşlıq və müttəfiqlik əlaqələri bu qədər güclü olmazdı.

Macarıstan və Türkiye Cümhuriyyəti arasında ilk beynəlxalq müqavilənin imzalanmasının 100-cü ildönümünə yaxınlaşdığımız bir vaxtda, düşünürəm ki, birinci əsrdə olduğu kimi qarşıda bizi ən azı 100 uğurlu il gözləyir".

Novak Anıtqəbirə səfərindən sonra Prezident İqamətgahında Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Görüşlərdə Türkiye-Macarıstan münasibətləri müxtəlif aspektlərdə nəzərdən keçiriləcək, əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, Türkiye-Avropa İttifaqı münasibətləri, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr