Hulusi Akar bu ölkədə törədilən hadisələri lənətləyib

Milli Müdafiə naziri Hulusi Akar Danimarkada Quran- və Türk bayrağına edilən hücumu pisləyib.

1965539
Hulusi Akar bu ölkədə törədilən hadisələri lənətləyib

Hulusi Akar Hatayda, sərhəd zastavasında gündəmədəki mövzulara münasibət bildirib.

Akar Danimarkada Qurani-Kərimə və Türk bayrağına edilən hücuma toxunaraq deyib: “ Türkiye olaraq belə hadisələri lənətləyirik. Bunu ifadə azadlığı olaraq təsvir etmək olmaz. Bunların dırnaqarası ifadə azadlığı adı altında edildiyini irəli sürənlər, səhv düşüncələrin pəncəsində olanlardır. Deməliyəm ki bu cür təxribatlara biganə qalmaq və zəmin yaratmaq insanlıq və nifrət əleyhinə cinayətlərə ortaq olmaqdır. Türkiyenin NATO müttəfiqi olmağa namizəd olan və ya namizəd olanlar belə məsələlərə daha həssas yanaşmalı və bu insidentlərə cəhd edənlərə qarşı güçlü tədbirlər həyata ökeçirməlidilər”-deyə nazir Akar vurğulayıb.



Әlaqәli Xәbәrlәr