Rəcəb Tayyib Ərdoğan Hatayda əhəmiyyətli bəyanatlar verib

Prezident Rəcəb Tayyib Ərdoğan bütün yaralar sağalana qədər, dağılan hər şey yenidən inşa edilənə qədər zəlzələnin yaşandığı bölgəni tərk etməyəcəklərini bildirib.

1964807

Rəcəb Tayyib Ərdoğan fevralın 6-da Kahramanmaraş şəhərində baş verən zəlzələ nəticəsində Hatayın İskenderun rayonunda dağılmış binaların və yeni dövlət xəstəxanalarının təməlqoyma mərasimində çıxış edib.

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən təxminən 1,5 ay sonra axtarış-xilasetmə işlərinin sona çatdığını, dağıntıların aradan qaldırılması ilə əlaqədar görülən işlərin sürətlə davam etdiyini, müvəqqəti sığınacaqların sayının artırıldığını və daimi yaşayış məntəqələrinin  inşa edildiyini bildirib.

Martın 23-də Kahramanmaraşda, 24-də isə Hatayda olduqlarını bildirən Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər çəkən digər şəhərlərə də gedəcəklərini qeyd edib.
''Bütün yaralar sağalana qədər, dağılan hər şey yenidən inşa edilənə qədər zəlzələnin yaşandığı bölgəni tərk etməyəcəyik'',-deyə Türkiye Prezidenti vurğulayıb.

Әlaqәli Xәbәrlәr