Hulusi Akar iraqlı həmkarı ilə görüşüb

Milli müdafiə naziri Hulusi Akar terror təşkilatı PKK-nın həm Türkiye, həm də İraq üçün təhlükə yaratdığını bəyan edib.

1963044
Hulusi Akar iraqlı həmkarı ilə görüşüb

Milli müdafiə naziri Hulusi Akar terror təşkilatı PKK-nın həm Türkiye, həm də İraq üçün təhlükə yaratdığını bəyan edib.

Akar İraqın Baş naziri Məhəmməd Şiya Es Sudaninin rəsmi səfəri çərçivəsində paytaxt Ankaraya gələn İraqın müdafiə naziri Sabit Məhəmməd Səid Rıza Əl Abbasi ilə görüşüb.

Görüşdə ikitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq müzakirə edilib, Türkiye ilə İraq arasındakı dostluq və qardaşlıq əlaqələri və yüzlərlə illik tarixi keçmişi vurğulanıb.

Görüşdə Akar terror təşkilatı PKK-nın həm Türkiye, həm də İraq üçün təhlükə yaratdığını, Türkiyenin İraq başda olmaqla bütün qonşularının sərhəd və ərazi bütövlüyünə hörmət etdiyini, Türkiye Silahlı Qüvvələrinin sərhədlərini və xalqını qorumaqda, terroru bitirməkdə əzmli olduğunu dilə gətirib.

Akar həmçinin terrorla mübarizədə hüquq, qanun və qarşılıqlı hörmət əsasında əməkdaşlığın əhəmiyyətinə, Türkiye Silahlı Qüvvələri ilə İraq Silahlı Qüvvələri arasında qarşılıqlı bilik və təcrübə ötürülməsinin artırılması ilə birgə təlimlərin keçirilməsinin, logistika, tədarük, təmirat daxil müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr