Gəmilər Türkiyeyə çatıb
ABŞ və Əlcəzairdən yola düşən mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmiləri Türkiyeyə çatıb.
ABŞ və Əlcəzairdən yola düşən mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmiləri Türkiyeyə çatıb.
Beynəlxalq gəmi izləmə məlumatlarından əldə edilən məlumata görə, martın 14-də Əlcəzairin Arzev limanından yola düşən "Lalla Fatma N'Soumer" LNG gəmisi martın 19-da yerli vaxtla saat 06.36-da Hatay Dörtyoldakı FSRU-ya (Üzən LNG toplama və qazlaşdırma terminalı)) yan alıb.
2004-cü ildə inşa edilən, Baham adaları bayrağı altında üzən gəminin tutumu 144 888 kubmetrdir.
Martın 3-də ABŞ-ın "Cameron LNG" terminalından yola düşən "Maran Gas Mystras" adlı gəmi dünən saat 12:44-də Marmara Ereğlisi LNG terminalına yan alıb.
2015-ci ildə inşa edilən Yunanıstan bayraqlı gəminin tutumu isə 159 800 kubmetrdir.
Әlaqәli Xәbәrlәr
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır
Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...
Türkiyə prezidenti sosial media ilə də İrana başsağlığı verdi
Sosial media hesabından paylaşdığı mesajda R.T.Ərdoğan yazıb ...