Maykl Adamson Qızıl Aypara Cəmiyyətinin Qaziantepdə gördüyü işlərdən danışıb

Keçən həftə Qaziantepə səfər edən İngiltərə Qızıl Xaç Komitəsinin prezidenti Maykl Adamson Qızıl Aypara Cəmiyyətinin bölgədəki fəaliyyətini yüksək qiymətləndirib və köməyə görə təşəkkür edib.

1961176

İngiltərə Qızıl Xaç Komitəsinin  rəsmi ''Twitter'' hesabından edilən video paylaşımda bu ifadələrə yer verilib: "İngiltərə Qızıl Xaç Komitəsinin prezidenti Maykl Adamson fevralın 6-da zəlzələlər nəticəsində çox sayda insanın evsiz qaldığı Qaziantepə səfər edib. Türkiye Qızıl Aypara Cəmiyyəti travma prosesində uşaqlara dəstək olan psixososial çadırlar qurub".

Maykl Adamsonun video paylaşımında deyib: "Qaziantepə qayıtdıq. Mənim ətrafımda evləri dağıldığı üçün çadırlarda yaşayan insanlar var. Hazırda psixoloji dəstək üçün qurulan psixososial çadırların qarşısındayam. Burada müxtəlif yaşlarda olan uşaqlar dəstək və təhsil alırlar, oyunlar oynayırlar. Onlar yaşadıqlarını izah etmək və anlamaq üçün bir yol tapırlar. Bu gün biz Türkiye Qızıl Aypara Cəmiyyətinin  geyim, yemək və psixoloji dəstək sahəsində gördüyü işləri yerində gördük. Tərəfdarlarımız və donorlarımız olmasaydı, bunu edə bilməzdik. Buna nail olmaqda bizə kömək etdiniz. İngiltərə Qızıl Xaç Komitəsi adından buna nail olmaqda bizə kömək edən hər kəsə təşəkkür edirəm''.

Әlaqәli Xәbәrlәr