Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısı

Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısı keçiriləcək.

1960374
Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısı

Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısı keçiriləcək.

Toplantının prioritet gündəmi Türkiyedəki zəlzələlər olacaq. Prezident Rəcəb Tayyib Ərdoğan toplantıdan əvvəl təşkilata üzv ölkələrin prezidentləri ilə görüşüb.

Ərdoğanın ilk qonağı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev olub.

Prezident Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadir Japarovla da ayrı-ayrılıqda görüşüb.

Qonaq prezidentlər Türkiyədə baş verən zəlzələlərlə bağlı “keçmiş olsun” diləklərini Ərdoğana çatdırıblar. Görüşlərdə ikitərəfli əlaqələr və regional məsələlər də müzakirə edilib, Türk Dövlətləri Təşkilatı Zirvə toplantısının gündəliyində duran məsələlər dəyərləndirilib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısı Türkiye ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın da iştirakı ilə Prezident İqamətgahında (Beştepe) keçiriləcək.

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti, Türkmənistan və Macarıstan da sammitdə müşahidəçi ölkə kimi iştirak edəcək.

Toplantıda Türkiyedə baş verən zəlzələlərdən sonra atılacaq ortaq addımlar və türk coğrafiyasına aid məsələlər müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr