İbrahim Kalın ABŞ Konqresində senatorlarla görüşüb

Görüşlərdə Türkiye və ABŞ ilə əlaqələrin strateji əhəmiyyəti qiymətləndirilib.

1960378
İbrahim Kalın ABŞ Konqresində senatorlarla görüşüb

Prezidentin sözçüsü İbrahim Kalın Vaşinqton təmasları çərçivəsində ABŞ Konqresində Demokratik və Respublikaçı partiyalardan olan senatorlarla görüşüb. 
Görüşlərdə Türkiye və ABŞ ilə əlaqələrin strateji əhəmiyyəti qiymətləndirilib.

Prezidentlikdən verilən açıqlamada İbrahim Kalının Senatın Xarici Əlaqələr Komitəsinin yüksək səviyyəli üzvü, Aydaho senatoru respublikaçı Ceyms Riş, komitə üzvləri Delaver senatoru Demokrat Kris Coons, Merilend senatoru Demokrat Ben Cardin və Nebraska senatoru Respublikaçı Pete Riketts ilə görüşdüyü bildirilib.

İbrahim Kalının həmçinin Senatın Silahlı Qüvvələr Komitəsinin üzvləri, Arizona senatoru Demokrat Mark Kelli, Mayn senatoru Respublikaçı Susan Kollins ilə görüşdüyü, digər tərəfdən Ayova senatoru Respublikaçı Çak Qrassli ilə də bir araya gəldiyi ifadə edilib.

İ.Kalın ötən ilin iyulunda İstanbulda onu ziyarət edən Ədliyyə Komitəsinin yüksək səviyyəli üzvü, Respublikaçı senator Lindsi Qrahamı Konqresdəki ofisində və Senatın NATO Müşahidə Qrupunun həmsədrləri, Nyu-Hempşir senatoru, demokrat Jeanne ilə görüşüb. 

Görüşlərdə Türkiye-ABŞ əlaqələrinin strateji əhəmiyyəti, Türkiyedə baş verən zəlzələlərdən sonra bərpa və yenidənqurma prosesi, müdafiə sənayesində əməkdaşlığın qarşısındakı maneələrin aradan qaldırılması, terrorla mübarizədə əməkdaşlıq, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri, Rusiya- Ukrayna müharibəsinin gedişi, taxıl daşınması müqaviləsinin uzadılmasında Türkiyenin rolu və digər regional məsələlərin də qiymətləndirildiyi məlumatı paylaşılıb.



Әlaqәli Xәbәrlәr