Prezident Sauli Niinistö Türkiyeyə gəlir

Finlandiya prezidenti Sauli Niinistö prezident Rəcəb Tayyib Ərdoğanın dəvətinə görə Türkiyedə səfərdə olacaq.

1960113
Prezident Sauli Niinistö Türkiyeyə gəlir

Prezident administrasiyasının kommunikasiya idarəsindən yayılan açıqlamada deyilib: “Niinistö Ərdoğanın dəvətinə görə martın 16-17-də Türkiyedə işgüzar səfərdə olacaq. Cümə günü, İstanbulda keçiriləcək görüşlərdə Türkiye-Finlandiya münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılası addımlar müzakirə olunacaq. İkitərəfli əlaqələrlə yanaşı, NATO-nun Madrid Zirvə Toplantısı çərçivəsində imzalanmış “Üçtərəfli Memorandum” əsasında Finlandiyanın NATO-ya üzvlük müraciəti, Türkiye-Avropa İttifaqı münasibətləri, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsinin aparılması da nəzərdə tutulur".

Xatırladaq ki, Türkiye iyunun 28-də İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammitində üzvlük üçün müraciət edən Finlandiya və İsveçə veto qoyur. Terror təşkilatlarına açıq dəstək verən iki ölkə ilə protokol imzalayan Ankara verilən vədlərin yerinə yetirilməsini gözləyir.

 



Әlaqәli Xәbәrlәr