İbrahim Kalın: “Türkiye ilə ABŞ arasında geosiyasi strateji dialoqa ehtiyac var”

Prezidentin sözçüsü İbrahim Kalın, enerjidən immiqrasiyaya, terrorla mübarizədən Ukrayna müharibəsinə qədər dünyada bir sıra problemin yaşahdığını və bu səbəbdən Türkiye ilə ABŞ arasında daha geniş geosiyasi strateji dialoqa ehtiyac olduğunu bildirib.

1959233
İbrahim Kalın: “Türkiye ilə ABŞ arasında geosiyasi strateji dialoqa ehtiyac var”

İbrahim Kalın bu sözləri ABŞ-ın Nyu York ştatında keçirilən ABŞ-Türkiye İş Forumunda etdiyi çıxışında deyib.

Kalın, ABŞ ticarət palatasında keçirilən tədbirdə etdiyi çıxışında fevralın 6-da Türkiyedə baş verən və episentri Kahramanmaraş olan zəlzələlərin, Türkiye tarixində və müasir tarixdə qeydə alınan ən dağıdıcı fəlakət olduğuna diqqət çəkib. Prezident Rəcəb Tayyib Ərdoğanın zəlzələ qurbanları üçün bir il ərzində 200 min ev tikəcəyinə söz verdiyini xatırladan Kalın, ümumi seçkilərin yaxın tarixin ən dəhşətli təbii fəlakətindən üç ay sonra, vaxtında keçirilməsi qərarının atılan ən doğru addım olduğunu qeyd edib.

İsveç və Finlandiyanın NATO-ya üzvlükləri ilə əlaqəli Türkiyenin tutduğu mövqeyə də toxunan Kalın: “Sözmövzusu iki ölkə də Türkiyenin təhlükəsizlik narahatlıqlarını aradan qaldıracaq addımlar atmalıdır. ABŞ-ın F-16 döyüş təyyarələrinin tədarükü və modernləşdirilməsi prosesini bununla əlaqələndirməsi qəbul edilmməzdir. Türkiyenin enerji boru kəmərlərindən tutmuş cərəyan edən qaynar proseslərə qədər bölgənin əsas aktyoru olduğu gözdən yayındırılmamalı və vazkeçilməz bir ölkə olaraq bölgədəki bütün layihələrdə nəzərə alınmalıdır. İki ölkənin geosiyasi qlobal maraqları və NATO-dakı əlaqələrin strateji əhəmiyyəti əsasında daha çox sayda ABŞ Konqresi üzvünün Türkiyeyə səfərini gözləyir və ABŞ iş dünyasını iki ölkə arasında ticarət həcmini artırmağa dəvət edirik. Türkiyədə iş dünyası üçün dostluq mühiti var və sərmayə qoyan hər kəs hər zaman qazanır”- deyə İbrahim Kalın vurğulayıb.



Әlaqәli Xәbәrlәr