Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin mayın 14-də keçiriləcəyini açıqlayıb

Türkiye Prezidenti  Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini açıqlayıb.

1957987
Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin mayın 14-də keçiriləcəyini açıqlayıb

Türkiye Prezidenti  Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini açıqlayıb.
Rəcəb Tayyib Ərdoğan Konstitusiyanın 116-cı maddəsinin verdiyi səlahiyyətlə 18 iyun 2023-cü ildə keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin mayın 14-də keçirilməsi ilə bağlı qərarı imzaladığını bildirib.
Prezident seçkilərin təxminən bir ay əvvəl keçirilməsinin səbəbini açıqlayaraq deyib:
“İlk növbədə 18 iyun universitetin imtahan təqvimi ilə üst-üstə düşən, milyonlarla gəncin gələcəyi ilə bağlı olan bir tarix idi. Bu tarix həm ölkə daxilində, həm də xaricdə yüz minlərlə vətəndaşımızın həcc ziyarətini yerinə yetirmək üçün mübarək torpaqlara getdiyi bir dövrə təsadüf edirdi''.

 



Әlaqәli Xәbәrlәr