Sedat Önal: "Suriya xalqına humanitar yardımın göstərilməsinə şərait yaradırıq"

Türkiyenin BMT-dəki daimi nümayəndəsi Sedat Önal Suriya xalqına humanitar yardımın göstərilməsinə şərait yaradıldığını bildirib.

1952921
Sedat Önal: "Suriya xalqına humanitar yardımın göstərilməsinə şərait yaradırıq"

Türkiyenin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi səfir Sedat Önal “Ölkəmizdə baş verən zəlzələ ilə əlaqədar yaranan çətinliklərin öhdəsindən gəlməyə cəhd edərkən, həm də Suriya xalqına humanitar yardımların çatdırılmasını asanlaşdırmaq üçün təşəbbüslərimizi davam etdiririk" deyib. 
Önal BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) keçirilən və Suriyadakı siyasi hadisələrin və humanitar vəziyyətin müzakirə edildiyi sessiyada çıxış edib.

Türkiye və qonşu Suriya xalqının yaxın tarixin ən dağıdıcı zəlzələlərinin fəsadlarının öhdəsindən gəlməyə çalışdıqlarına diqqət çəkən Önal "Ağrımız və kədərimiz dərindir. Düşüncələrimiz və dualarımız bütün zəlzələ qurbanları, yas saxlayan ailələri və  bundan təsirlənən insanlarla birliktədir"  ifadələrdən istifadə edib. 

S.Önal Türkiye hökuməti adından beynəlxalq ictimaiyyətə, o cümlədən Şura üzvlərinə, BMT və Avropa İttifaqına göstərdikləri dəstəyə görə təşəkkür etmək istədiyini bildirərək, zəlzələdən sonra BMT-nin Türkiyeyə istiqamətli təcili humanitar çağırışı daxil beynəlxalq dəstəyin davam etməsinin əhəmiyyətinə diqqət çəkib.

Türkiyenin həmin zamanda BMT-nin sahə səfərlərini asanlaşdırdığını deyən Önal Türkiya hava məkanının Suriyaya humanitar yardım aparan təyyarələrə də açıq olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr