XİN Çavuşoğlu “UNICEF"-in icraçı direktoru ilə görüşüb

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel Ankarada rəsmi görüşlər keçirib.

1952536
XİN Çavuşoğlu “UNICEF"-in icraçı direktoru ilə görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyədə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel ilə bir araya gəlib.

Çavuşoğlu paytaxt Ankarada  baş tutan görüş ilə bağlı sosial media hesabında paylaşdığı  açıqlamasında: “UNICEF-in İcraçı Direktoru həmrəylik sərgiləmək və ölkəmizə başsağlığı  vermək üçün Ankarada səfərdə olub. Beynəlxalq ictimaiyyətə bu çətin zamanda ölkəmizə  göstərdikləri dəstəyə görə təşəkkür edirik”.

 



Әlaqәli Xәbәrlәr