Seneqal hökuməti Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

Seneqal Prezidenti Macky Sall zəlzələ nəticəsində çox sayda insanın həyatını itirdiyi Hatay vilayətinə cəlb olunan Seneqal axtarış-xilasetmə qrupunu ziyarət edən prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

1949068
Seneqal hökuməti Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

Seneqal Prezidenti Macky Sall zəlzələ nəticəsində çox sayda insanın həyatını itirdiyi Hatay vilayətinə cəlb olunan Seneqal axtarış-xilasetmə qrupunu ziyarət edən Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Prezident Sall “Twitter” hesabında paylaşdığı açıqlamada: “Seneqal axtarış-xilasetmə qrupuna baş çəkən prezident Ərdoğana təşəkkür edirəm. Seneqal bu çətin dövrdə türk xalqı və hökuməti ilə həmrəydir”.

Qeyd edək ki, Seneqal hökuməti fevralın 6-da 11 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə dağıntıların altında qalanların xilas edilməsi işlərinə qoşulmaq üzrə Türkiyeye 30 nəfərlik axtarış-xilasetmə dəstəsi göndərmişdi.



Әlaqәli Xәbәrlәr