Prezident Ərdoğan: "1 milyon 684 min vətəndaşın yaşayış ehtiyacı ödənildi"

Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda zəlzələdən zərərçəkən 1 milyon 684 min vətəndaşın yaşayış ehtiyacının ödənildiyini bildirib.

1948949
Prezident Ərdoğan: "1 milyon 684 min vətəndaşın yaşayış ehtiyacı ödənildi"

Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda zəlzələdən zərərçəkən 1 milyon 684 min vətəndaşın yaşayış ehtiyacının ödənildiyini bildirib.

Prezident Ərdoğan zəlzələlərdə dağılan binalarla bağlı Hatay şəhərində Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Koordinasiya Mərkəzində açıqlama verib.

Dövlət başçısı "Tamamilə dağılmış 21 minə yaxın binadakı 71 mindən çox müstəqil bölmənin dağıntıları təmizlənib. Konteynerlərin sayını 200 minə çatdıra biləcəyik. 1 il ərzində çadır şəhərlərdə və vilayət şəhərlərində yaşayan vətəndaşlarımızı daimi yaşayış yerlərinə köçürəcəyik. 118 min dağılmış, təcili olaraq sökülməli və ağır zədələnmiş binalardan 412 min sakin təxliyə edilib" deyib. 

Zərərin hesablanması işlərinin bitmək üzrə olduğunu bildirən Prezident Ərdoğan bildirib ki, axtarış-xilasetmə işlərinin sona çatmaq üzrə olduğu gün zəlzələdə həlak olan 41 min 156 vətəndaş dəfn edildi. Dağıntılar altından xilas edilənlərin sayı 114 min 834-ə çatıb.

Prezident Ərdoğan Kahramanmaraşda zəlzələdən zərərçəkən 1 milyon 684 min vətəndaşın yaşayış ehtiyacının ödənildiyini bildirərək deyib ki, 65 mini hələ də quraşdırılması davam edən konteynerlərin sayını birinci mərhələdə 100 minə, ehtiyac olarsa 200 minə çatdıra biləcəyik. Çadır şəhərciklərdə və konteynerlərdə yaşayan vətəndlarımızı bir il ərzində daimi yaşayış yerlərinə köçürəcəyik. Bütün şəhərlərimizi yaşayış yerləri, iş yerləri, sənayesi, kənd təsərrüfatı, tarixi və mədəni dəyərləri ilə ən kiçik bir geriləmə olmadan ayağa qaldıracağıq.



Әlaqәli Xәbәrlәr