Zəlzələlərdə həyatını itirənlərin sayı 38 mini keçdi

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə...

1947520
Zəlzələlərdə həyatını itirənlərin sayı 38 mini keçdi

 

  Fevralın 6-da mərkəzi Kahramanmaraşda olmaqla 11 rayonda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə can itkisi 38 min 44-ə yüksəlib.

  Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi – AFAD zəlzələlər nəticəsində 38 min 44 adamın həyatını itirdiyini, 108 min 68 nəfərin yaralandığını açıqlayıb.

  Bölgədə dağıntılar altında axtarış-xilasetmə işləri davam edir.

  Türkiyə Xarici İşlər Nazirliyi isə öz “twitter” hesabında etdiyi paylaşımda xaricdən zəlzələ bölgələrinə gələn axtarış-xilasetmə və yardım qruplarının son vəziyyəti ilə bağlı məlumat verib: “101 ölkə yardım təklif etdi, 66-sının göndərdiyi axtarış-xilasetmə qrupları sahədədir. Bölgədə 5654 əcnəbi personal var. Briqadaların göndərilməsi gözlənilən ölkələrin sayı 2, gələcək xarici personal sayı isə 455-dir”.



Әlaqәli Xәbәrlәr