Daha bir möcüzə: 261-ci saatda dağıntılar altından sağ çıxdılar

Hatay şəhərinin Antakya rayonunun Odabaşı məhəlləsində təbii fəlakətdən 261 saat sonra zəlzələdən çökmüş binanın dağıntıları altından 2 nəfər sağ çıxarılıb.

1947619
Daha bir möcüzə: 261-ci saatda dağıntılar altından sağ çıxdılar

 

TRT-nin ərazidəki müxbirinin xəbərinə görə qurtarılan şəxslər 26 yaşlı Mehmet Ali Şakiroğlu və 34 yaşlı Mustafa Avcıdır. Avcı xilas edildikdən sonra yaxınları ilə telefonla əlaqə saxlayıb.

Hadisə ilə bağlı Türkiyənin səhiyyə naziri Fahrettin Koca tvitter hesabında paylaşım edib.

“Hatayda bu gecə dağıntılar altından 261-ci saatda xilas edilən Mustafa tibbi müdaxilədən sonra ilk olaraq telefon nömrəsini xatırladığı qohumuna zəng edib. Mustafa qardaşımızı yaxşı gördüyümüzə çox sevindik”, - deyə nazir bildirib.

Mehmet Ali Şakiroğlu ilə atası arasında da telefon əlaqəsi yaradılıb. Hər iki şəxs ilk tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib.

 



Әlaqәli Xәbәrlәr